Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi

01 iyun 2022 | 17:17
1 İyun 2022-ci il tarixdə Saatlı rayon Mədəniyyət Mərkəzində rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların birgə təşkilatçılığı ilə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri, eyni zamanda qazi və şəhid övladları, rayon sakini olan uşaqlar iştirak etdilər. Tədbir Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb, Mədəniyyət Mərkəzində uşaqların əl işlərindən ibarət sərginin keçirilməsi ilə davam etdirildi. Rəsmi hissə Azərbaycan Respublikasının Dövlət himni və vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin 1dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Elşən Əzizov, Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayon üzrə təhsil sektorunun müdiri Günay Soltanova çıxış edərək uşaqları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etdilər, onlara xoş arzularını bildirdilər. Daha sonra şəhid və qazi övladlarına hədiyyələr təqdim olundu. Rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir sıra təşkilatlar və uşaqlar Fəxri Fərmanlarla təltif olundular. Tədbirin bədii hissəsi bir-birindən maraqlı, rəngarəng rəqs və musiqi nömrələri, klounların şən zarafatları ilə davam etdirildi. Sonda uşaqlarla birlikdə xatirə şəkili çəkdirildi
Keçidlər