Saatlı rayonunda “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirilib
29 may 2025-ci il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə Təhsil sektorunun və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı rayon üzrə mədəniyyət müəssisələrinin tərəfdaşlığı ilə “Konstitusiya və suverenlik ili” çərçivəsində “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və uşaqlar iştirak edib.Saatlı Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı və qonaqlar ilk öncə uşaqların əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.Açılış nitqi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov qonaqları və uşaqları salmalayaraq, “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bütün uşaqları təbrik edib. Hər bir uşağın sevgi, qayğı ilə əhatə olunmalı və təhlükəsizlik şəraitində böyüməli olduğunu, onların hüquqlarının qorunmasının, sağlam və xoşbəxt mühitdə yaşamasının vacibliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, uşaqların rifahı, təhsili, sağlamlığı və təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindəndir və 1 iyun tarixinin ölkəmizdə geniş şəkildə uşaq günü kimi qeyd edilməsi bu məsələyə göstərilən diqqətin nümunəsidir.Daha sonra Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev də çıxış edərək, uşaqları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Tədbir Saatlı Rayon Bülbül adına Uşaq Musiqi məktəbinin şagirdlərinin və körpələr evi-uşaq bağçalarının “fidanlarının” iştirakı ilə musiqili rəqs nömrələri ilə davam edib.