Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirildi

14 iyun 2023 | 18:07
               “Heydər Əliyev İli” çərçivəsində Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş  “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirilmişdir.                 Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eyni zamanda rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak etmişdir.                   Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb. Daha sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm dövrlərini əks etdirən foto-şəkillərdən ibarət sərgiyə baxış keçirilmişdir.              Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısı konfrans iştirakçılarına 15 İyun-Milli Qurtuluş Gününün böyük tarixi əhəmiyyətindən bəhs edərək, qurtuluşdan sonrakı dövrdə ölkə həyatının bütün sahələrində tərəqqi və dirçəliş baş verdiyini, Heydər Əliyevin dühasının Azərbaycanı məhv olmaqdan xilas etdiyini, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdiyini qeyd etmişdir.               Daha sonra konfransda Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı, şəhid anası Vüsalə Tağıyeva, Saatlı Rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov və Saatlı Rayon İcra Hakimiyyətinin əməkdaşı Mehriban Ağayeva çıxış etdilər.  
Keçidlər