Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “20 Noyabr-Ümumdünya Uşaq Hüquqları Günü” münasibətilə tədbir keçirildi

20 noyabr 2024 | 17:02

     20 noyabr 2024-cü il tarixdə “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsində Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı rayonu üzrə Mədəniyyət nümayəndəliyinin, Saatlı rayonu üzrə Təhsil sektorunun və “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin tərəfdaşlığı ilə “20 Noyabr-Ümumdünya Uşaq Hüquqları Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, aparatın əməkdaşları, Saatlı rayonu üzrə Təhsil sektorunun müdiri Günay Sultanova, Saatlı UADM-in direktoru Aidə İbrahimova və uşaqlar iştirak edib.

    Tədbir iştirakçılarını salamladıqdan sonra çıxış edən Mehriban Ağayeva BMT-nin Uşaq Hüquqları Konvensiyasında və digər mühüm sənədlərdə uşaqlarla bağlı təsbit olunan hüquqlardan, onların layiqli həyat səviyyələrinin təmin edilməsinin bütün dövlətlərin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu, bütün dünyada, o cümlədən ölkəmizdə də 20 noyabr tarixinin Ümumdünya Uşaq Hüquqları Günü kimi qeyd edildiyini vurğulayaraq bu günün uşaqların müdafiəsi, diqqətdə saxlanılması və onlara qayğı göstərilməsi, həmçinin onların gələcəyi üçün mühüm addımların atılması ilə bağlı təsis olunduğunu bildirib. O, həmçinin hər bir uşağın güvən və sevgi dolu mühitdə böyüməli və yaşamalı olduğunu, bu istiqamətdə ölkəmizdə mühüm addımlar atıldığını, uşaqların sosial təminatının yaxşılaşdırılması, hüquqlarının qorunması sahəsində yeni dövlət proqramlarının həyata keçirildiyini qeyd edib.

    Daha sonra rayon Bülbül adına Musiqi məktəbinin və şəhər 1,4 və 5 nömrəli körpələr evi-uşaq bağçalarının şagirdləri tərəfindən bir-birindən maraqlı musiqili rəqs nömrələri nümayiş olunub, şeirlər deyilib.

Keçidlər