Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda 23 İyun - “Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə tədbir keçirildi

23 iyun 2023 | 17:50

23 İyun - “Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə Saatlı Rayon İcra Hakimiyyətində tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Saatlı şəhər mərkəzində yerləşən abidəsini ziyarət edib, abidə önünə tər gül dəstələri qoyaraq öz ehtiramlarını bildirdilər.

 Rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov dövlət qulluğunda çalışan əməkdaşları peşə bayramı münasibəti ilə təbrik edərək, hər il qeyd edilən peşə bayramı gününün  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis edildiyini  bildirdi. Cənab Prezident tərəfindən dövlət qulluqçularının peşə bayramı günün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsinin dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsi olduğunu bildirərək, bu il də bayram ərəfəsində Saatlı RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Azər Həsənovun, Saatlı rayonu üzrə Maliyyə şöbəsinin rəisi Tahir Kazımovun və Saatlı rayon Statistika idarəsinin rəisi Rövşən İsayevin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsini diqqətə çatdırdı.

Keçidlər