Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda "27 sentyabr - Anım Günü" ilə əlaqədar ağacəkmə aksiyası keçirildi

25 sentyabr 2024 | 17:43

    27 sentyabr - Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə sentyabrın 25-də Saatlı şəhəri Heydər Əliyev prospektində magistral yolun kənarında ağacəkmə aksiyası keçirilib.

    44 günlük Vətən Müharibəsində canlarını qurban vermiş rayon şəhidlərimizin əziz xatirəsinə həsr olunan aksiyada Saatlı Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və digər könüllülər, eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Həyata keçirilən aksiya zamanı qeyd olunan əraziyə 300-ə yaxın ağac əkilib, yeni əkilən tinglər suvarılıb və ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilib.

Keçidlər