Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda 27 sentyabr “Anım Günü” ilə əlaqədar “Zəfərə gedən yol” adlı tədbir keçirilmişdir.

27 sentyabr 2022 | 12:56

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq 27 sentyabr 2022-ci il tarixdə Saatlı rayonunun “Şəhidlər” abidə-xatirə kompleksində ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə çıxış edən  Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov 27 sentyabr 2020-ci il tarixdən təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti təxribatlarının qarşısının alınması üçün həyata keçirilən əks hücum əməliyyatları ilə Vətən Müharibəsinin başlanıldığını, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən 44 günlük mübarizədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirdiyini, əsgər və zabitlərimizin qəhrəmanlıq səlnaməsi yazaraq, düşmən üzərində parlaq Qələbə qazandığını bildirdi. O, həmçinin Vətən Müharibəsi dövründə qazanılmış Qələbə sayəsində Azərbaycanın mədəni irsinin qorunduğunu, dədə-babalarımızdan miras qalmış tarixi torpaqlarımızın geri qaytarıldığını, son 30 ildə qaçqın və məcburi köçkün olmuş soydaşlarımızın hüquq və haqlarının bərpa edildiyini, bu müharibədə bir çox həmvətənlərimizin şəhid olduğunu, yaralanaraq sağlamlıqlarını itirdiyini, Parlaq Qələbəmizin əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına ərsəyə gəldiyini qeyd etdi.  Bu gün artıq işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin aparıldığını, yeni infrastruktur qurulduğunu, bəzi yaşayış məntəqələrində insanların məskunlaşdığını tədbir iştirakçılarının nəzərinə çatdıraraq, bu tarixi missiyanın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş Azərbaycan Ordusunun misilsiz əməyi nəticəsində mümkün olduğunu bildirdi.

            Tədbirdə Vətən Müharibəsinin şəhid ailələri, qaziləri və müharibə iştirakçıları da (şəhid atası Akif İbrahimov, şəhid anası Zülfiyyə Səfərova, qazi Elvin Abasov və digərləri) çıxış edərək, Azərbaycanın bu tarixi Zəfərinin əldə olunmasında xalqımızın həmrəyliyindən, əsgər və zabitlərimizin keçdiyi döyüş yollarından, göstərdikləri şücaətlərindən, Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud surətdə pozmasından və Müzəffər Ali Baş Komandanın iradəli və qətiyyətli mövqeyindən geniş söhbətlər açdılar.

Sonda məktəblilərin iştirakı ilə hazırlanmış “Zəfərə gedən yol” adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla izlənilmiş, vətənpərvərlik mövzusunda sərgiyə baxış keçirilmiş və Saatlı şəhərinin Heydər Əliyev prospektində şəhidlərin xatirəsinə 500-dən artıq ağac əkilmişdir.

               Allah bütün şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun!

Keçidlər