Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda "8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş yeniyetmə oğlanlar və qızlar arasında Cüdo idman növü üzrə rayon turnirinin açılış mərasimi baş tutub

31 oktyabr 2026 | 19:28
31 oktyabr 2026-cı il tarixində Saatlı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Saatlı Rayon Təşkilatının və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş yeniyetmə oğlanlar və qızlar arasında Cüdo idman növü üzrə rayon turnirinin açılış mərasimi baş tutub.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun müdiri Əmrah Əhmədov çıxış edərək bildirdilər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun şücaəti və xalqımızın birliyi ilə qazanılan şanlı Zəfər xalqımızın qürur mənbəyidir. Vurğulandı ki, ölkəmizdə idmanın inkişafına, xüsusilə yeniyetmə və gənclərin fiziki, mənəvi baxımdan sağlam yetişməsinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Bu növ yarışların keçirilməsi 8 Noyabr - Zəfər Gününün əbədiləşdirilməsi və qəhrəman şəhidlərimizin əziz xatirəsinə olan dərin ehtiramın bir nümunəsidir. Qeyd olundu ki, yeniyetmələr arasında belə turnirlərin təşkil edilməsi idmançılar arasında dostluq və həmrəylik əlaqələrinin gücləndirilməsinə, sağlam rəqabət mühitinin formalaşmasına və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə mühüm töhfə verir. Eyni zamanda, Cüdo idman növünün rayon üzrə kütləviliyinin artırılmasına, idmançıların ustalıq səviyyəsinin yüksəldilməsinə və perspektivli gənclərin aşkar olunmasına xidmət edir.
Sonda yarış iştirakçılarına uğurlar arzulanıb, qaydalar barədə ətraflı məlumat verilib və turnir açıq elan olunub.
Keçidlər