Saatlı rayonunda ağacəkmə aksiyası keçirildi
06 noyabr 2025 | 17:44
06 noyabr 2025-ci il tarixində Saatlı Rayon İcra Hakimiyyəti və Saatlı Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirildi. Aksiyada Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Saatlı rayon prokuroru Elnur Rüstəmov, Saatlı rayon Polis şöbəsinin rəisi Hikmət Vəliyev, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, idarə və müəssisələrinin rəhbər və kollektivləri iştirak ediblər. Aksiya çərçivəsində 400 ədəd müxtəlif növ ağaclar əkilib və əkilən ağaclara aqrotexniki qulluqlar göstərilib.






