Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

12 noyabr 2025 | 22:30
    12 noyabr 2025-ci il tarixində Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
   Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva müstəqil Azərbaycanın hüquqi əsaslarının formalaşmasında Azərbaycan Respublikasının Konstitusiyanın tarixi rolundan danışaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən əsas qanunun dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının təmin olunmasında, həmçinin vətəndaş cəmiyyətinin inkişafında əvəzsiz töhfələr verdiyini, eyni zamanda hər bir vətəndaşın dövlətçilik prinsiplərini yaşatması və bu dəyərlərin qorunması zərurətini qeyd edib.
   Daha sonra YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Saatlı rayon prokurorunun köməkçisi İlqar Həsənov, Saatlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi Fərid Əsgərzadə və Saatlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin hüquqşünası Səxavət Teymurov çıxış edərək, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi, siyasi və ictimai dəyərindən, onun dövlət idarəçiliyində, ədalət və qanunçuluğun qorunmasında, vətəndaş hüquqlarının müdafiəsində əvəzsiz rol oynadığını, eyni zamanda müasir Azərbaycanın demokratik inkişaf yolunun əsasını təşkil etdiyini və hər bir vətəndaşın hüquqlarının qorunmasının təminatı olduğunu bildirdilər.
Keçidlər