Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “Bizi qoruyan hüquqlarımız” adlı tədbir keçirildi

16 noyabr 2024 | 18:00

      16 noyabr 2024-cü il tarixdə Saatlı Peşə liseyində Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 oktyabr-20 noyabr tarixlərinin “Uşaq Hüquqları Aylığı” elan edilməsi ilə bağlı “Bizi qoruyan hüquqlarımız” adlı tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Mehriban Ağayeva, komissiyanın psixoloqu, Saatlı UADM-in direktoru Aidə İbrahimova və Mərkəzin psixoloqu, Saatlı rayonu üzrə Təhsil sektorunun nümayəndəsi və Peşə liseyinin tələbələri iştirak edib.

    Tədbir iştirakçılarını salamlayaraq çıxışına başlayan Mehriban Ağayeva 20 noyabr 1989-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiyanın uşaq hüquqlarının təmini istiqamətində standartları müəyyən edən və iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyan mühüm beynəlxalq hüquqi sənəd olduğunu və Azərbaycanın da bu Konvensiyaya qoşulmasının, həmçinin uşaq hüquqlarının müdafiəsi məqsədilə qanun qəbul edilməsinin, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2009-cu ilin Azərbaycanda "Uşaq ili" elan olunmasının uşaq hüquqlarına dövlət tərəfindən böyük əhəmiyyət verildiyinin təzahürü olduğunu, onların hüquq və azadlıqlarının, onlarla bağlı bağlı dövlət siyasətininin əsas prinsiplərinin müəyyən olunduğunu bildirib. O, həmçinin uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə danışıb, yeniyetmələrə onların hüquq və azadlıqları haqqında bir sıra məlumat verib, eyni zamanda hüquqlarının pozulacağı təqdirdə aidiyyəti dövlət qurumlarına, o cümlədən rayon icra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Uşaq Qaynar Xəttinə müraciət edə biləcəklərini qeyd edib.

    Daha sonra çıxış edən Saatlı UADM-in direktoru Aidə İbrahimova, həmin Mərkəzin psixoloqu Gültac Kərimli və rayon Təhsil sektorunun əməkdaşı Kəmalə Şıxəliyeva ölkəmizdə “Uşaq Hüquqları Aylığı”nın keçirilməsində məqsədin uşaq hüquqlarının müdafiəsinə diqqəti artımaq, onların maraqlarını qorumaq və problemlərinin həll edilməsinə nail olmaq olduğunu bildiriblər. Həmçinin uşaqların hüquqlarının müdafiəsi üçün ardıcıl və təxirəsalınmaz işlər görüldüyünü, uşaqların baxımsızlığına və kimsəsizliyinə səbəb ola biləcək halların aradan qaldırılması istiqamətində müvafiq addımlar atıldığını vurğulayıblar.

 

Keçidlər