Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “Dini radikalizm, xurafat və ekstermizmin qarşısının alınmasında dövlət orqanlarının və vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirilmişdir

01 may 2024 | 10:05

01 may 2024-cü il tarixdə saat 10:00-da Saatlı Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dini radikalizm, xurafat və ekstermizmin qarşısının alınmasında dövlət orqanlarının və vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, DQİDK İmişli bölgəsi üzrə şöbə müdiri və həmin şöbənin Saatlı rayon üzrə nümayəndəsi, rayon ağsaqqalları, ziyalılar və din xadimləri iştirak etmişdir.
Giriş nitqi ilə çıxışa başlayan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Saatlı rayonunda din sahəsində hazırkı vəziyyətdən, dini radikalizmin qarşısının alınmasında dövlətin və vətəndaş cəmiyyətinin rolundan, həmçinin ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsindən danışıb. Daha sonra çıxış edən DTX-nin rayon şöbəsinin rəisi, polkovnik Nadir Bağırov və rayon Polis şöbəsinin rəisi, polis polkovniki Hikmət Vəliyev dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazasına istinad edərək, dini sabitliyin qorunub saxlanılması, dövlət-din münasibətlərinin tənzimlənməsi üçün müvafiq tədbirlərin həyata keçirildiyini, hər hansı neqativ hallar və meyillər olarsa, onlarla mübarizə aparılacağını, həmçinin qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyini tədbir iştirakçılarının nəzərinə çatdırıblar.
DQİDK İmişli bölgəsi üzrə şöbə müdiri Cavanşir Bəhrəmov çıxışında Azərbaycan Respublikası Konstitusiyasının, digər qanunvericilik aktlarının və Dövlət Komitəsinin rəhbərliyinin göstəriş və tövsiyələrini rəhbər tutaraq şöbənin dislokasiyasına daxil olan 5 rayonda, o cümlədən Saatlı rayonunda da dini radikalizmlə mübarizə məqsədilə monitorinqlər və maarifləndirici tədbirlər keçirildiyini, din sahəsinə olan dövlət qayğısı nəticəsində dövlət-din münasibətlərində müsbət irəliləyişlərə nail olunduğunu qeyd edib. Bundan əlavə, Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsində dövlət-din münasibətlərinin xüsusi əhəmiyyətini vurğulayıblar.
Daha sonra çıxış edən Bəylər kənd dini icmasının sədri Yasin Muradov və Orta Muğan kənd məscidinin imamı İsmayıl Cəlalov radikal meyillərlə mübarizə məqsədilə rayon ictimaiyyəti arasında mütəmadi maarifləndirici söhbətlər apardıqlarını, gənclərə bu cür meyillərdən uzaq olmağı tövsiyə etdiklərini bildiriblər.

Keçidlər