Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün idarəetmə sahəsində, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı təlim keçirilmişdir

09 dekabr 2025 | 15:15

Dekabr ayının 9-da Saatlı Rayon İcra Hakimiyyətinin inzibati binasında dövlət qulluğunda çalışan rəhbər vəzifəli şəxslər üçün idarəetmə sahəsində, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı təlim keçirilib.

Təlimdə rayonun dövlət qulluğunda çalışan rəhbər vəzifəli şəxslər iştirak ediblər.

Təlim zamanı “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”dan irəli gələn vəzifələrdən bəhs olunub, iştirakçılara idarəetmə sahəsi, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı müvafiq məlumatlar verilib.

Keçidlər