Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “Dünyamızı qoruyaq” adlı tədbir keçirildi

27 iyun 2024 | 16:07

    27 iyun 2024-cü il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin inzibati binasında “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planı”na uyğun olaraq “Dünyamızı qoruyaq” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı və əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və əməkdaşları, rayon gəncləri iştirak etmişlər.

    Giriş nitqi ilə çıxışa başlayan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov dünyanı və ölkəmizi narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların fəsadlarından bəhs edərək Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb. O, həmçinin qeyd edib ki, ekoloji problemlərin aradan qaldırılması və ətraf mühitin qorunması əsas prioritetlərdəndir. Bununla bağlı, 2024-cü il ərzində ölkənin bütün bölgələrində olduğu kimi, Saatlı rayonunda da yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, o cümlədən ekoloji çirklənmə ilə bağlı mütəmadi qabaqlayıcı və maarifləndirici tədbirlər görülür və bundan sonra da görüləcəkdir.

    Daha sonra çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov iqlim dəyişikliyinə qarşı tədbirlərin vacibliyindən, ekoloji çirklənmənin iqlim dəyişikliyinə və canlılara olan təsirindən söz açaraq bununla əlaqədar görülən qabaqlayıcı tədbirlərdən, ekologiyanın çirklənməsinin qarşısını almaq üçün vacib amillərdən biri olan bərpaolunan enerjidən istifadə potensialının ölkəmizdə yüksək olduğundan və yaşıl enerji növlərinin yaradılması çərçivəsində bərpaolunan enerjinin istifadəsinin genişləndirilməsi sahəsində əldə olunan irəliləyişlərdən danışıb.

    Sonda TƏBİB ”Saatlı Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxsin həkim-terapevti Azər Abbasov ekoloji çirklənmənin və iqlim dəyişikliyinin insanlara olan ciddi fəsadlarını, bir sıra xəstəliklərin insanlar arasında sürətlə çoxalması hallarının intensivləşdiyini bildirib. Saatlı rayon “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Səmədağa Məmmədov isə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı gənclərlə keçirilən görüş və tədbirlərdən danışaraq onların ətraf mühitin qorunması ilə bağlı maarifləndirilməsinin vacibliyini vurğulayıb və bu tədbirlərin davam etdiriləcəyini qeyd edib.

 

Keçidlər