Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “Erkən nikah” və “Narkomaniyaya qarşı mübarizə” mövzularında tədbir keçririlb

20 may 2025 | 17:38

20 may 2025-ci il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin tərəfdaşlığı ilə Saatlı rayonu Dədə Qorqud kənd tam orta məktəbində “Erkən nikah” və “Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi Tehranə Dadaşova, komissiyanın məsləhətçi-psixoloqu Orxan Səməndərli, Saatlı UADM-in əməkdaşı Firuzə Əliyeva və “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşı Xanımbikə İsmayılova iştirak edib. Tehranə Dadaşova, Firuzə Əliyeva və Xanımbikə İsmayılova ölkəmizdə aktual problemlərdən biri olan erkən nikah barədə danışaraq, qız və ya oğlanın hüquqi yetkinlik yaşına çatmadan evləndirilməsinin həm fiziki, həm psixoloji, həm də sosial baxımdan uşaqlara mənfi təsir göstərdiyini, qızların təhsildən yayınmasına gətirib çıxardığını, həyat təcrübəsi və iqtisadi müstəqillik əldə edə bilmədən ailə məsuliyyəti daşımalı olduğunu qeyd edərək, bütün bunların nəticə etibarilə cəmiyyətin inkişafına maneə yaratdığını bildiriblər. Onlar, həmçinin narkomaniyanın təkcə bir şəxsin yox, bütün cəmiyyətin faciəsi olduğunu, narkotik maddələrin insanı mənəvi və fiziki cəhətdən məhv etdiyini bildirərək, gənclər bu bəlanın qurbanına çevrildikdə, gələcəyimizin təhlükə altına düşdüyünü vurğulayıblar. Çıxışçılar eyni zamanda qeyd ediblər ki, gənclər bu cür təhlükəli vərdişlərdən uzaq durmalı, sağlam həyat tərzi seçməli; idmanla məşğul olmalı, faydalı hobbilər tapmalı və düzgün dostlar seçməlidir. Sonda tədbir iştirakçılarına erkən nikahla bağlı maarifləndirici məlumatları əks etdirən bukletlər paylanılıb.

 

Keçidlər