Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “Ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin olunması” mövzusunda dəyirmi masa təşkil olundu

28 mart 2024 | 13:04

28 mart 2024-cü il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və aidiyyəti qurumların tərəfdaşlığı ilə Saatlı Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq “Ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin olunması” mövzusunda dəyirmi masa təşkil olundu.

Tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Ağayeva məhz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını, ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyini töhfələrinin nəticəsi olduğunu bildirmişdir. Həmçinin M.Ağayeva ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin olunması üçün il ərzində rayon ərazisində yerləşən istirahət parklarının, prospekt və küçələrin, ictimai yerlərin məişət tullantılarından təmizlənməsi üçün iməcliklərin keçiriləcəyini, yeni yaşıllıqların salınacağını, bununla bağlı geniş maarifləndirmə işlərinin aparılacağını tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Daha sonra tədbirdə çıxış edən Saatlı Rayon Dövlət Aqrar və İnkişaf Mərkəzinin əməkdaşı  Vəkil Baxşəliyev, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Gülhüseyn İsmayılov, Saatlı Təhsil sektorunun müdiri Günay Sultanova, Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Səmədağa Məmmədov ekoloji tarazlığın və ətraf mühitin qorunmasının Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu,  son illərdə bu sahədə görülən işlərin daha intensiv və genişmiqyaslı xarakter aldığını, genişmiqyaslı yaşıllaşdırma kampaniyalarının keçirilməsinin nəticəsində Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdığını, bununla bərabər ölkəmizin qlobal iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə də öz  töhfəsini verdiyini vurğuladılar.

Keçidlər