Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda gənclər arasında keçirilən rəsm müsabiqəsində qalib olan və fəal iştirak edən şəxslərin mükafatlandırılma mərasimi keçirildi

25 dekabr 2023 | 18:30

25 dekabr 2023-cü il tarixində Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planı”na uyğun olaraq gənclər arasında keçirilən rəsm müsabiqəsində qalib olan və fəal iştirak edən şəxslərin mükafatlandırılma mərasimi keçirildi.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov bu gün Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür şərait yaradılmasından, yardıcı gənclərin istedadının üzə çıxarılmasında göstərilən dövlət  dəstəyindən geniş danışaraq  “Heydər Əliyev İli” ilə əlaqədar keçirilən festivallarda, rəsm sərgilərində fəal iştiraklarına  və rayonumuzu hər zaman uğurla təmsil etdiklərinə görə hər bir yaradıcı rayon gəncinə öz təşəkkürünü bildirdi və  onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdi.

Daha sonra çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı Rayon nümayəndəsi İlkin Zeynalov, Saatlı Rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Sürayə Zeynalova, Dövlət Rəsm Qalereyasının direktoru Südabə Vəliyeva, Rəsm Qalereyasının bərpaçı-rəssamı Nazim Fərəcov rayonun yaradıcı gənclərinə göstərilən diqqət və qayğıya görə rayon icra hakimiyyəti başçısına öz minnətdarlıqlarını bildirdilər.

Sonda “Heydər Əliyev ili” əlaqədar rayonda keçirilən rəsm müsabiqəsində qalib olan və fəal iştirak edən gənclər rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırıldı.

Keçidlər