Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində tədbir keçirildi

30 aprel 2025 | 16:31

30 aprel 2025-ci il tarixdə Saatlı Rayon Mədəniyyət Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı və Saatlı Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və  gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova, Milli Olimpiya Komitəsinin Marketinq şöbəsinin direktoru, Üçüncü Yüksəliş Müsabiqəsinin qalibi Səkinə Vəliyeva, Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsinin müdiri Vəfa İsgəndərova və rayonun idarə müəssisələrində çalışan, ictimai fəallığı ilə seçilən qadınlar, eyni zamanda gənc xanımlar iştirak edib.

Tədbir iştirakçılarını və qonaqları salamlayaraq çıxışına başlayan Mehriban Ağayeva dövlət qadın siyasətindən danışaraq, qadınların cəmiyyətdəki statusunu yüksəltmək, gender bərabərliyini təmin etməklə bağlı siyasətin dövlətin aparıcı istiqamətlərindən biri olduğunu və bu prosesin Ümummili Lider Heydər Əliyev hakimiyyətə gəlişindən başladığını, bu gün də uğurla davam etdirildiyi qeyd edib. O, həmin dövrdən gender siyasətində böyük dəyişikliklər və tərəqqi əldə olunduğunu, qadınların ölkənin siyasi, sosial-iqtisadi və mədəni həyatında rolunun artdığını, hal-hazırda bütün sahələrdə qadınların aktiv fəaliyyət göstərdiyini, həmçinin onların yüksək vəzifələrə seçib-seçilmək hüququnun tam təmin edildiyini vurğulayıb. Daha sonra çıxış edən Aytəkin Quliyeva və Gülbağda Leysanova “Güclü cəmiyyətin zərif simaları” layihəsinin həyata keçirilməsinin regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etmək, eləcə də gənc qızların rəqəmsal bacarıqlarının artırılması məqsədi daşıdığını bildiriblər. Onlar, həmçinin qeyd ediblilər ki, layihə qadın hüquqlarının təşviqi və müdafiəsinə, gender bərabərliyinin təmin olunmasına, qadınların sosial, iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına töhfə verməyi hədəfləyir.

Sonda çıxış edən Vəfa İsgəndərova və Səkinə Vəliyeva öz həyat yollarından və fəaliyyətlərindən bəhs edərək, çalışqanlığın, öyrənməyə açıq olmağın və heç vaxt ruhdan düşməməyin əsas amillər olduğunu, qadının əzm göstərdikdə qarşısında heç bir maneənin dayana bilməyəcəyini, çalışdıqca, inkişaf etdikcə yalnız öz həyatını deyil, cəmiyyəti də dəyişdiyini qeyd edib və onlara hər zaman güclü qalmağı tövsiyə ediblər.

Keçidlər