Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “Heydər Əliyev İli” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib

01 iyun 2023 | 14:14
01 iyun 2023-cü il tarixdə saat 11:00-da rayon Mədəniyyət Mərkəzində Saatlı rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı Təhsil sektorunun, Sabirabad Regional Mədəniyyət İdarəsinin Saatlı rayon nümayəndəliyinin və rayon Gənclər idman idarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib. Tədbirdə Saatlı rayon İcra Hakimiyyəti başçısı Elmir Bağırov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də ümumtəhsil məktəblərinin şagirdləri və körpələr evi-uşaq bağçasının körpələri iştirak etdi. Tədbir Azərbaycan Respublikasınıın Dövlət Himninin səslənməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Sonra tədbir iştirakçılarına 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranma tarixi və uşaqların hüquq və mənafelərinin qorunması sahəsində ölkəmizdə görülən mühüm işlərdən məlumat verildi. Daha sonra tədbir Bülbül adına Uşaq Musiqi məktəbinin, Saatlı şəhər 1 və 3 nömrəli Körpələr evi-uşaq bağçalarının körpələrinin bir-birindən maraqlı musiqi və rəqs nömrələri, eləcə də şən klonun zarafatları ilə davam etdirilirdi. Sonda xatirə şəkli çəkdirildi və rayon İcra Hakimiyyəti başçısının şəhid övladlarına bayram hədiyyələri təqdim etməsi ilə tədbir yekunlaşdı.
Keçidlər