Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda iftar mərasimi təşkil olundu

06 aprel 2024 | 22:25

6 aprel 2024-cü il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan ayı münasibətilə “Xəyal” şadlıq sarayında iftar mərasimi təşkil olunmuşdur. İftar mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin kollektivi iştirak etmişdir.
Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunmuş, şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilmiş, Ramazan ayının fəzilətlərindən danışılmışdır.

Keçidlər