Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilmişdir

21 may 2025 | 11:09

İnsan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi hər bir hüquqi dövlətin əsas prioritetlərindən biridir. Bu məqsədlə, "İnsan Hüquqları Aylığı" çərçivəsində vətəndaşların hüquqi biliklərinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
21 may 2025-ci il tarixində Saatlı Rayon İcra Hakimiyyətinin və "Saatlı Gənclər evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "Saatlı Gənclər evi" sosial xidmət müəssisəsində maarifləndirici tədbir təşkil olunmuşdur. Tədbir zamanı rayon icra hakimiyyətinin əməkdaşı Mirəli Məmmədov və "Saatlı Gənclər evi" SXM-nin metodisti Xanımbikə İsmayılova çıxış edərək iştirakçılara insan hüquqlarının hüquqi əsasları, onların yaranma və inkişaf mərhələləri, eləcə də beynəlxalq və milli səviyyədə qorunması ilə bağlı ətraflı məlumat verilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş əsas hüquq və azadlıqlar, onların təminat mexanizmləri, vətəndaşların hüquqi statusu və dövlət orqanlarının bu sahədəki öhdəlikləri əhatəli şəkildə izah olunmuşdur.
Bununla yanaşı, tədbirdə hüququn müxtəlif sahələri – cinayət, mülki, əmək, inzibati və digər hüquq sahələri üzrə aktual məsələlərə toxunulmuş, iştirakçılara gündəlik həyatlarında üzləşə biləcəkləri hüquqi vəziyyətlərdə necə davranmalı olduqları, hüquqlarını necə müdafiə edə biləcəkləri və aidiyyəti orqanlara necə müraciət etməli olduqları barədə praktiki biliklər təqdim edilmişdir. Tədbirin interaktiv hissəsində iştirakçıların sualları cavablandırılmış, konkret hüquqi məsələlər üzrə müzakirələr aparılmışdır.

Keçidlər