Saatlı rayonunda işəgötürənlərin iştirakı ilə Dəyirmi Masa təşkil edilmişdir
Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq filialı, Saatlı RİH ilə birgə işəgötürənlərin iştirakı ilə Dəyirmi Masa təşkil etmişdir. Görüşdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov da iştirak etmiş, DMA-nın işəgötürənlərlə əməkdaşlığının vacıbliyini vurğulamışdır. Tədbirdə Qarabağ Peşə Hazırlıq Mərkəzinin nümayəndələri də iştirak etmişdir. Görüşdə Dövlət Məşğulluq Ağentliyinin Fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilmiş, Sosial tərəfdaşlıq barədə təqdimat göstərilmişdir. Həmçinin həssas kateqoriyalı insanların işə düzəldilməsi, qeyri formal məşğulluğa qarşı mübarizə, Birgəmaliyyələşmə, Peşə hazırlığı kurslarının əhəmiyyəti barədə geniş söhbət aparılmışdır. Sonda işəgötürənləri maraqlandıran suallar cavablandırılmışdır..