Saatlı rayonunda istifadə olunmuş kağızların təkrar emal müəssisəsinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi, həmçinin kağız israfının azaldılması və təkrar emalın təşviqi yolu ilə təbiətin və ekoloji balansın qorunması məqsədilə tədbir keçirilmişdir
22 iyun 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin və Saatlı Elektrik Şəbəkəsinin birgə təşkilatçılığı, həmçinin rayonun müəssisə, təşkilat və inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2024-cü il tarixli Sərəncamının 4.8-ci bəndinə uyğun olaraq, istifadə olunmuş kağızların təkrar emal müəssisəsinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi, həmçinin kağız israfının azaldılması və təkrar emalın təşviqi yolu ilə təbiətin və ekoloji balansın qorunması məqsədilə tədbir keçirilmişdir.
Tədbirdə müəssisə və təşkilat əməkdaşlarının ekoloji maarifləndirilməsi, kağız israfının azaldılması və təkrar emalın təşviqi yolu ilə ağacların qorunması, təbiətin mühafizəsi və ekoloji balansın saxlanılması, eləcə də elektrik enerjisindən qənaətlə istifadə məsələləri geniş müzakirə olunmuşdur. Eyni zamanda, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması və tullantılara ikinci həyat verilməsi istiqamətində ətraflı məlumatlar təqdim edilmişdir.
Diskussiya şəklində davam edən tədbirlərdə fikir mübadiləsi aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.






