Saatlı rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
16 oktyabr 2025 | 17:24
16 sentyabr 2025-ci il tarixdə Saatlı Rayon İcra Hakimiyyəti və Saatlı Su Melorasiya Sistemləri İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin artırılması və ekoloji tarazlığın qorunması məqsədi ilə növbəti ağacəkmə aksiyası keçirilib.
Keçirilən ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, rayonun idarə və müəssisələrinin məsul əməkdaşları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya zamanı müxtəlif növ ağaclar əkilib və onlara lazımi aqrotexniki qulluq göstərilib.






