Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda mükafatlandırılma tədbiri keçirildi

14 dekabr 2023 | 16:35

14 dekabr 2023-cü il tarixdə Saatlı Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planı”na uyğun olaraq Nəsimikənd kənd Folklor evinin “Adıgün” Türk Xalq Folklor kollektivinin respublikada keçirilən tədbir və festivallarda rayonumuzu uğurla təmsil etmələri, eyni zamanda “Heydər Əliyev ili” çərçivəsində Saatlı rayonunda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakları nəzərə alınaraq mükafatlandırılma tədbiri keçirildi.

Tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyəti başçısı Elmir Bağırov Axısxa türklərindən ibarət olan Nəsimikənd kənd Folklor evinin 1970-ci ildən fəaliyyət göstərən “Adıgün” Türk Xalq Folklor kollektivinin fəaliyyətini yüksək qiymətləndirərək, qrup rəhbərlərinə və üzvlərinə təşəkkürünü bildirərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Daha sonra çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və Nəsimikənd kənd Folklor evinin “Adıgün” Türk Xalq Folklor kollektivinin rəhbəri Huruşanov Yaşar kollektivin həm respublikamızda, həm də xarici ölkələrdə rayonumuzu uğurla təmsil etdiyini, bundan sonra da daha böyük məsuliyyət və ruh yüksəkliyi ilə tədbirlərdə çıxış edəcəklərini bildirərək, kollektivə göstərilən diqqət və qayğıya görə öz minntədarlıqlarını bildirdilər.

Tədbirin sonunda kollektivin rəhbərləri və üzvləri rayon icra hakimiyyəti başçısı tərəfindən fəxri fərmanla və hədiyyələrlə mükafatlandırıldı, xatirə şəkili çəkdirildi.

 

Keçidlər