Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “Narkomaniyaya birlikdə yox deyək” mövzusunda tədbir keçirilmişdir

23 iyun 2022 | 16:53

26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə  Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar 23 iyun 2022-ci il tarixdə Saatlı rayon Gənclər evi sosial xidmət müəssisəsində “Narkomaniyaya birlikdə yox deyək” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Saatlı rayon komissiyasının üzvləri, Rayon Polis şöbəsinin, Mərkəzi xəstəxanasının, Təhsil şöbəsinin, Gənclər və İdman idarəsinin, Heydər Əliyev Mərkəzinin, Gənclər evi sosial Xidmət müəssisəsinin, Qızıl Aypara Cəmiyyəti Saatlı rayon bölməsinin məsul əməkdaşları və digər şəxslər iştirak edirdi. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli  Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı müvafiq işlərin həyata keçirildiyini, narkomaniyanın qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə işi daim nəzarətdə saxlanıldığı, antinarkotik təbliğata, maarifləndirmə işlərinə, qabaqlayıcı fərdi profilaktik tədbirlərə xüsusi önəm verildiyi, insanların sağlam həyat tərzinin qorunması istiqamətində mədəni-kütləvi tədbirlərə, idman oyunlarına, görüş və dəyirmi masalara geniş yer ayrıldığı bildirildi.

Bundan əlavə çıxış edən natiqlər  tədbirin əhəmiyyətli mövzuya həsr olunduğunu, narkotik asılılığın ailə və uşaqlarda travmalar yaratdığını, sosial, fizioloji, psixoloji problemlərin narkoloji-psixoloji xəstəliklərə səbəb olduğunu,  yeniyetmə və gənclərin narkotik asılılığı və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ətraflı məlumat verməklə, narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, hər bir şəxsin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Tədbirin sonunda iştirakçılara rayon komissiyası tərəfindən maarifləndirici təbliğat bukletləri paylanılmış, Gənclər evi sosial xidmət müəssisəsinin hazırladığı kiçik metrajlı videorolikə tamaşa edilmişdir.

Keçidlər