Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda Novruz bayramı münasibətilə bayram tədbiri keçirildi

18 mart 2024 | 19:06

17 mart 2024-cü il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Meydanında xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən bayramlardan biri olan Novruz bayramı münasibətilə təntənəli bayram tədbiri keçirilib.

Tədbirdə rayon rəhbərliyi, idarə-müəssisə, təşkilatların əməkdaşları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Heydər Əliyev Meydanında Peşə Təmayüllü siniflərin təşkil etdiyi sərgi-satış yarmarkasına, Saatlı Tarix-diyarşünaslıq muzeyinin, Saatlı Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin hazırladıqları əl işlərinə baxış keçirilməsi ilə başlanıb. Daha sonra Saatlı Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin və Qıraqlı kənd tam orta məktəbinin şagirdlərindən ibarət idman komandaları müxtəlif idman növləri üzrə çevik hərəkətlərlə öz məharətlərini nümayiş etdiriblər.

Tədbir konsert proqramı ilə davam etdirilib, meydana Novruz bayramının əsas simvolları hesab olunan Bahar qızı, keçəl və kosanın daxil olması böyük maraqla qarşılanıb.

Tədbirin sonunda şəhid ailəsi üzvlərinin iştirakı ilə bayram tonqalı yandırılıb.

Keçidlər