Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda Qaracalar kənd tam orta məktəbinin açılış mərasimi keçirildi

15 sentyabr 2023 | 19:11

15 sentyabr 2023-cü il tarixdə Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Saatlı rayonu Qaracalar kənd Ə.Əhmədov adına tam orta məktəbinin açılış mərasimi keçirilmişdir.    Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Heydər Əliyev Fondunun H.Əliyev irsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev, Elm və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, məktəb kollektivi və kənd ictimaiyyəti iştirak ediblər. Tədbirdə iştirak edənlər yeni tikilmiş məktəbin sinif otaqları ilə tanış olublar. Yeni tikilmiş Qaracalar kənd tam orta məktəbi 360 şagird yerlik olmaqla, sinif otaqları hər cür avadanlıqla təchiz olunmuşdur. Məktəbdə müasir tələblərə cavab verən fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədər hazırlıq, kitabxana, akt zalı, idman zalı və yeməkxana mövcuddur. Məktəbin həyətinə asfalt döşənib, yaşıllıqlar salınıb, dekorativ ağaclar əkilib, abadlıq işləri aparılıb və yeni futbol meydançası istifadəyə verilib. Kənd camaatı və məktəb kollektivi məktəbin tikintisi ilə bağlı öz minnətdarlıqlarını bildiriblər. 

Keçidlər