Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda rəsm sərgisi təşkil olunmuşdur

06 may 2024 | 16:37

6 may 2024-cü il tarixdə Saatlı rayon Heydər Əliyev parkında Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mil-Muğan Regional Gənclər və İdman idarəsinin Saatlı rayonu üzrə Gənclər və İdman sektorunun,  Mil-Muğan Regional Mədəniyyət idarəsinin Saatlı rayonu üzrə nümayəndəliyinin tərəfdaşlığı ilə Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Əvəzolunmaz lider” adlı uşaqların əl işlərindən ibarət rəsm sərgisi təşkil olunmuşdur. Sərgidə Ulu Öndərin həyat və fəaliyyətinin mühüm dövrlərini əks etdirən foto şəkillərə, eyni zamanda uşaqların əl işlərindən ibarət rəsmlərə baxış keçirildi. Daha sonra uşaqların hazırladığı şeir və ədəbi-bədii kompozisiyası nümayiş olunmuşdur. Tədbirin sonunda rəsm sərgisində fəal iştirak edən uşaqlar mükafatlandırılmışdır.

Keçidlər