Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda sahibkarlarla görüş keçirilib

04 noyabr 2025 | 14:58
    4 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Saatlı rayonunda sahibkarlarla görüş keçirilib.
   Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov rayonun pambıqçılıq, taxılçılıq, bostançılıq və digər kənd təsərrüfatı sahələri üzrə potensialından və dövlət tərəfindən sahibkarlığın inkişafına, yeni biznes təşəbbüslərinin dəstəklənməsinə və regionlarda investisiya mühitinin yaxşılaşdırılmasına yönələn imkanlardan danışıb. 
   Daha sonra KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması və dövlət dəstək mexanizmləri, eyni zamanda, sahibkarlara yaradılan güzəştlər və həyata keçirilən dövlət proqramlarının ölkəmizdə iqtisadi fəallığın artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə KOBİA-nın fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verən videoçarx nümayiş etdirilib.
    Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Keçidlər