Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda şahmat yarışı keçirilib

07 noyabr 2025 | 17:13

    7 noyabr 2025-ci il tarixində Saatlı Rayon İcra Hakimiyyətinin, YAP Saatlı rayon təşkilatının və  Saatlı Uşaq Gənclər-İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər gününə həsr olunmuş məktəblilər arasında keçirilən şahmat yarışının qaliblərinin təltifolunma mərasimi keçirilib.

    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov və YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov çıxış edərək Zəfər Gününün Azərbaycan tarixində qızıl hərflərlə yazıldığını qeyd ediblər. Çıxış edənlər vurğulayıblar ki, 8 Noyabr Azərbaycan xalqının tarixində misilsiz qəhrəmanlıq səhifəsidir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı bu qələbə dövlətimizin gücünü və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirib. Həmçinin bildirildi ki, Zəfər gününə həsr olunmuş şahmat yarışının keçirilməsi həm Zəfərə ehtiram, həm də gənclərimizin inkişafına dəstəkdir.

    Daha sonra isə qaliblər diplom, medal və hədiyyələrlə təltif olunublar. Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər