Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi açıldı

08 oktyabr 2024 | 17:24

    Saatlı rayonunda 08 oktyabr 2024-cü il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsi üçün ehsan süfrəsi açılmışdır. Tədbir iştirakçıları əvvəlcə şəhər mərkəzində yerləşən Şəhidlər abidə-xatirə kompleksini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri düzmüşlər. Rayonun “Xəyal” sarayında təşkil olunan ehsan süfrəsində I və II Qarabağ müharibəsinin şəhid ailələri, müharibə əlilləri, ağsaqqallar və ziyalılar iştirak etmişlər. Mərasim zamanı şəhidlərin ruhuna dualar oxunmuş, əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səsləndirilmişdir. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin komandanlığı ilə tarixi torpaqlarımızın düşmən işğalından azad edilməsində əsgər və zabitlərimizin igidlik və qəhrəmanlıq şücaətlərindən, hazırda işğaldan azad edilmiş həmin ərazilərdə aparılan böyük tikinti və quruculuq işlərindən danışdı, keçmiş qaçqın və məcburi köçkünlərin mərhələli şəkildə öz ata-baba yurdlarına qayıtması, yeni yaradılan sosial infrastruktur haqqında geniş məlumat verdi.

    Daha sonra tədbirdə öz səmimi və xoş ürək sözlərini bildirən şəhid ailələri, müharibə əlilləri ölkə Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər, şəhidlərimiz üçün təşkil olunan hər bir tədbirin onların əbədi və unudulmaz şücaətlərinə göstərilən ehtiram olduğunu qeyd etdilər.

Keçidlər