Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda səki, park və meydanların qardan təmizlənməsi işləri həyata keçirilir

15 yanvar 2024 | 11:16

13 - 14 yanvar 2024 – cü il tarixdə yağan qarın rayonun magistral avtomobil yollarından, körpü və piyada keçidlərindən təmizlənməsi ilə əlaqədar təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Sonrakı günlərdə isə Saatlı Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləri tərəfindən sakinlərin rahat hərəkəti üçün Saatlı şəhərinin prospekt və mərkəzi küçələrinin, park və meydanların, eləcə də səkilərin qardan təmizlənməsi işləri görülmüşdür. Yağan qarın tam əriməməsi və şaxtalı günlərin davam etməsi ilə əlaqədar bu işlər hazırda da davam etdirilir. Rayonun park və yaşıllıqlarında olan dekorativ ağacların, gül kollarının donvurmadan qorunması üçün zəruri tədbirlər görülür.

Keçidlər