Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda Suverenliyin bərpa olunmasının 2-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

19 sentyabr 2025 | 17:38

    Saatlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Suverenliyin bərpa olunmasının 2-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

   Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov 1990-cı illərdə ölkəmizin ağır sınaqlarla üz-üzə qaldığı dövrdə dövlətçiliyimizin qorunması üçün xalqımızın böyük fədakarlıqlar göstərdiriyini, 44 günlük Vətən müharibəsində ordumuzun tarixi zəfəri nəticəsində xalqımızın illərlə həsrətini çəkdiyi torpaqların azad edildiyini və 2023-cü ildə həyata keçirilən uğurlu antiterror əməliyyatının dövlətimizin suverenliyini tam təmin edərək yeni tarixi mərhələnin əsasını qoyduğunu bildirdi. O, həmçinin bu nailiyyətlərin Azərbaycan xalqının birliyi, dövlətinə və ordusuna sarsılmaz inamının parlaq göstəricisi olduğunu vurğuladı.

   Daha sonra YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Əlimardan Vəliyev adına Dədə Qorqud kənd tam orta məktəbin müəllimi Pənah Zeynalov, şəhid Səyyad Şıxıyevin anası Nahidə Şıxıyeva və müharibə veteranı Ağabəy Ağazadə çıxış edərək suverenliyin təmin olunmasında xalqımızın birlik və həmrəyliyinin, şəhidlərin və qazilərin fədakarlığının həlledici rolunu vurğulayaraq bu tarixi qələbələrin gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi ötürülməsinin vacibliyini qeyd etdilər.

Keçidlər