Saatlı rayonunda “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib
25 oktyabr 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planı”na uyğun olaraq “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak etmişdir.
Tədbiri giriş nitqi ilə açan Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxışında vurğuladı ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin əsas həyat amalı olmuşdur. İllər, əsrlər keçəcək Azərbaycanın bu dahi övladını hər bir azərbaycanlı öz qəlbində daima yaşadacaqdır.
Daha sonra tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, Saatlı Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Səmədağa Məmmədov Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm tarixi dövrlərindən bəhs etdilər.