Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “Təhsil, tərbiyə və asudə vaxtın təşkili” mövzusunda tədbir keçirilib

14 may 2026 | 10:43
     13 may 2026-cı il tarixdə Saatlı rayonu Qara Nuru kənd tam orta ümumtəhsil məktəbində Saatlı Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı ilə “Təhsil, tərbiyə və asudə vaxtın təşkili” mövzusunda maarifləndirici tədbir keçirilib.
    Tədbirdə komissiyanın əməkdaşları Tehranə Dadaşova, Orxan Səməndərli, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Firuzə Əliyeva, məktəbin direktoru İsgəndər Səmədov və şagirdlər iştirak ediblər.
     Çıxış edənlər bildiriblər ki, təhsil, tərbiyə və asudə vaxtın səmərəli təşkili bir-biri ilə sıx bağlı olan və gənc nəslin formalaşmasında mühüm rol oynayan əsas amillərdəndir. Qeyd olunub ki, təhsil yalnız akademik biliklərin mənimsədilməsi deyil, eyni zamanda şagirdlərin intellektual potensialının inkişaf etdirilməsi, məntiqi düşünmə və düzgün qərarvermə bacarıqlarının formalaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır.
    Tədbirdə vurğulanıb ki, tərbiyə prosesi şagirdlərdə mənəvi dəyərlərin, dürüstlük, məsuliyyət və etik davranış prinsiplərinin aşılanmasına xidmət edir. Bildirilib ki, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər və sağlam düşüncəli gənclərin yetişdirilməsi cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.
     Eyni zamanda şagirdlərin asudə vaxtının düzgün təşkili məsələsinə toxunulub, boş vaxtın səmərəli keçirilməsinin onların həm fiziki, həm də psixoloji inkişafına müsbət təsir göstərdiyi qeyd edilib. Çıxışlarda idman, mütaliə, incəsənət və təbiətlə ünsiyyətin gənclərin dünyagörüşünün formalaşmasına, onların sağlam həyat tərzinə yiyələnməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
    Sonda iştirakçılarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və şagirdlərə təhsildə uğurlu olmaq, vaxtdan düzgün istifadə etmək və yüksək mənəvi dəyərlərə sahib vətəndaş kimi formalaşmaq tövsiyə olunub.
Keçidlər