Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda təmizlik aksiyası keçirilib

12 sentyabr 2025 | 13:25

    12 sentyabr 2025-ci il tarixində Saatlı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində “Konstitusiya və Suverenlik İli” çərçivəsində təmizlik aksiyası keçirilib.

    Ətraf mühitin qorunmasına diqqəti artırmaq, əhalidə ekoloji mədəniyyəti formalaşdırmaq, insanların sağlam həyat tərzinə dəstək olmaq, eləcə də rayonun daha abad və təmiz görünüş qazanmasına nail olmaq məqsədi ilə Mənzil Kommunal Təsərrüfat və İstehsalat Birliyinin əməkdaşları, “Saatlı Gənclər evi” SXM-nin kollektivi, həmçinin rayon gənclərinin birgə iştirakı ilə rayonun Kəmaləddin Məmmədzadə və Nizami küçələrində ətraf məişət tullantılarından, yol kənarları alaq və yabanı otlardan təmizlənərək abadlaşdırılıb.

Keçidlər