Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda təmizlik aksiyası keçirilib.

07 may 2025 | 15:30

7 may 2025-ci il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı, Saatlı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin tərəfdaşlığı ilə rayon ərazisində “Konstitusiya və suverenlik ili” çərçivəsində təmizlik aksiyası keçirilib. Aksiya zamanı şəhərin H.Əliyev prospekti və digər küçələri məişət tullantılarından, yol kənarları alaq otlarından, eyni zamanda rayonun kollektor-drenaj sistemləri texnikalar vasitəsilə tullantılardan və yabanı otlardan təmizlənib. Toplanmış tullantılar Mənzil Kommunal Təsərrüfat və İstehsalat Birliyinin tullantı daşınması üçün nəzərdə tutulan maşınlarına yüklənərək, məişət tullantılarının toplanması üçün nəzərdə tutulan poliqona daşınmışdır. Aksiya ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonun daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamına bir töhfə olmuşdur. “Konstitusiya və suverenlik ili” çərçivəsində belə tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.

 

Keçidlər