Saatlı rayonunda “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu” mövzusunda tədbir keçirilib
Saatlı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu” mövzusunda tədbir keçirilib.Tədbirdə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdir müavini Samir Yoldaşov, Regionlarla iş şöbəsinin baş məsləhətçisi Ülvi Məmmədov, Mil-Muğan regional bölməsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov, Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxış edən natiqlər mövzunun əhəmiyyətindən danışıblar. Dini qurumlara münasibətdə terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mütəmadi təlimlərin keçirilməsi, dini qurumların hesabatlılığının və maliyyə şəffaflığının gücləndirilməsinə nail olunmasının vacibliyini vurğulayıblar. Eyni zamanda ianlərin qəbul edilməsi ilə bağlı qanunverciliyin tələblərini izah ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.