Saatlı rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə bağlı keçirilən futbol yarışının qaliblərinin mükafatlandırılması ilə əlaqədar tədbir keçirildi
07 may 2025-ci il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Saatlı Olimpiya və İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə bağlı keçirilən futbol yarışının qaliblərinin mükafatlandırılması ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov və digər idarə, müəssisələrin nümayəndələri iştirak edib.
Qeyd edək ki, futbol yarışı 2-7 may tarixlərində 8 komadanın iştirakı ilə rayonun Genişkənd, Orta Muğan kəndlərində, final mərhələsi isə Saatlı Olimpiya və İdman Kompleksində keçirilib. Qalib komandalar rayon icra hakimiyyətinin başçısı tərəfindən kubok və hədiyyələrlə mükafatlandırılıb.