Saatlı rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə bağlı sərgi təşkil olunub.
07 may 2025 | 17:25
07 may 2025-ci il tarixdə saat 16:00-da Saatlı Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Saatlı Dövlət Rəsm Qalereyasının inzibati binasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə bağlı onun həyat və fəaliyyətinin mühüm dövrlərini əhatə edən fotoşəkil və sənədlərindən ibarət sərgi təşkil olunub.Sərgidə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, YAP Saatlı rayon təşkilatının sədri və digər idarə, müəssisələrin rəhbərləri və əməkdaşları iştirak edib, fotoşəkillərə və sənədlərə baxış keçiriblər. Sonda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videorolik nümayiş etdirilib.