Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirildi

10 may 2025 | 16:12

   10 may 2025-ci il tarixdə Saatlı rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Saatlı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə   Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Ömrünü xalqına həsr etmiş dahi rəhbər” adlı tədbir keçirilib.

   Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Yeni Azərbaycan Partiyası Saatlı Rayon Təşkilatının sədri Elşən Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, eyni zamanda rayonun idarə və müəssisələrinin əməkdaşları, ağsaqqallar və rayon ziyalılar iştirak edilər.

   Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin adını daşıyan meydanda yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Mədənyyət Mərkəzinin foyesində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm dövrlərini əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.

   Tədbirin rəsmi hissəsində çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan tarixində olan xidmətlərindən geniş bəhs edərək, onun həyat və fəaliyyətinin bir fədakarlıq nümunəsi olduğunu, bugünki müstəqil  Azərbaycanın isə onun şah əsəri və mirası olduğunu qeyd edərək, cənab Ali Baş Komandan İlham Əliyevin bu mirasa sahib çıxaraq Ulu Öndər ideologiyasına sığınaraq, ata vəsiyyətini layiqincə yerinə yetirərək nəinki Azərbaycanın müstəqilliyini qoruyub saxlamağa nail olduğunu, eyni zamanda ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa edərək bütün dünyaya gücümüzü, qüdrətimizi göstərdiyini vurğuladı.

   Daha sonra konsert proqramı ilə davam edən tədbirdə rayonun mədəniyyət işçiləri, incəsənət ustalarının və rayonun musiqi məktəbinin şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan mahnılar və rəqs qruplarının çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Keçidlər