Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda ulu öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla anılmışdır

12 dekabr 2022 | 18:15

     Dekabrın 12-də Saatlı rayonunda ulu öndər Heydər Əliyevin anım gününün 19-cu ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Saatlı rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq ulu öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Daha  sonra rayon icra hakimiyyətinin akt zalında rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının sədiri Lütvəli Şıxəliyev, rayon Ağsaqqallar şurasının sədiri Sədafər Hüseynov və başqaları Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin heyat və yaradıcılığı haqqında fikirlərini bildirmişlər.

Keçidlər