Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş fləşmob keçirilib

31 may 2023 | 16:51

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixdə imzaladığı sərəncama əsasən 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar Respublikamızın digər regionlarında olduğu kimi Saatlı rayonunda da silsilə tədbirlər keçirilir.

31 may 2023-cü il tarixdə “Heydər Əliyev ili” çərçivəsində  Saatlı rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı Təhsil sektorunun və Sabirabad Regional Mədəniyyət İdarəsinin Saatlı rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Saatlı rayonu Heydər Əliyev Meydanında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş fləşmob keçirilmişdir.

Ulu öndərin adını daşıyan meydanda yerləşən abidəsi önündə rayon ümumtəhsil məktəblərinin 400 nəfər şagirdinin iştirakı ilə  “Heydər Əliyev 100” sözü yazılmışdır.

Sonda xatirə şəkili çəkdirilib.

Keçidlər