Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi” adlı tədbir keçirilib.

04 noyabr 2026 | 17:28

        4 noyabr  2026- cı il tarixdə Saatlı Rayonu İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən Saatlı rayonu E.Mehbalıyev adına Nərimanov kənd tam orta ümumtəhsil məktəbində 20 oktyabr-20 noyabr “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi” adlı maarifləndirici tədbir keçirildi.

       Tədbirdə çıxış edənlər, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi Tehranə Dadaşova, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Fatimə Bəşirova, Saatlı rayonu təhsil sektorunun əməkdaşı Mikayıl Rüstəmov və məktəbin direktoru Elvin Rəcəbov uşaqların rəqəmsal mühitdə qarşılaşa biləcəkləri təhlükələr,  internetdən təhlükəsiz və düzgün istifadə qaydaları, şəxsi məlumatların qorunması, kiberzorakılıq və sosial şəbəkələrdə qarşılaşa biləcəkləri risklər barədə danışdılar. Çıxışlarda uşaqların onlayn mühitdə təhlükələrdən qorunması, internetdən məsuliyyətli istifadə vərdişlərinin formalaşdırılması, eləcə də bu istiqamətdə valideynlərin və müəllimlərin üzərinə düşən vəzifələr xüsusi vurğulandı.

            T.Dadaşova bildirib ki, rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin qorunması bu gün aktual məsələlərdən biridir. O, uşaqların internetdən istifadə zamanı diqqətli olmalarının, şəxsi məlumatlarını paylaşmaqdan çəkinmələrinin və onlayn təhlükələrlə qarşılaşdıqda böyüklərə müraciət etmələrinin vacibliyini, həmçinin rəqəmsal savadlılığın artırılmasının uşaqların təhlüksizliyində mühüm əhəmiyyət daşıdığını qeyd edib.

         Tədbir zamanı şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparıldı, onları maraqlandıran suallar cvablandırıldı və rəqəmsal təhlükəsizlik qaydaları barədə tövsiyələr verildi. Sonda uşaqların internet məkanında  təhlükəsizliyinin qorunmasının ailə, məktəb və cəmiyyətin birgə məsuliyyəti olduğu qeyd edildi və tədbir maarifləndirici müzakirələrlə başa çatdı. 

         

Keçidlər