Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirildi

03 noyabr 2022 | 14:25

3 noyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Saatlı rayon Təşkilatının təşkilatçılığı ilə Saatlı şəhər Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

 Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək daha sonra Saatlı “Şəhidlər abidə-xatirə” kompleksi ziyarət edilib, şəhidlərin xatirə lövhələrinin önünə gül dəstələri qoyulub.

Tədbir rayon Mədəniyyət Mərkəzinin akt zalında Dövlət Himni səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilmişdir.

Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, YAP İdarə Heyyətinin üzvü Tofiq Cahangirov, Milli Məclisin üzvü Əziz Ələkbərli, Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı Yeni Azərbaycan Partiyasının yaradılmasından, keçirilən təsis konfransından, partiyanın yarandığı gündən bu günə qədər olan uğurlu fəaliyyətindən  və Ulu öndər Heydər Əliyevin partiyanın təsis edilməsində göstərdiyi mübarizədən geniş söhbət açmışdır.

Eyni zamanda tədbirdə şəhid anası Vüsalə Tağıyeva, Vətən müharibəsi qazisi Elvin Abbasov, Saatlı rayon Məmmədabad kənd tam orta məktəbin müəllimi Rüfanə Mirzəyeva çıxış ediblər. Tədbirin sonunda Saatlı rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.                                                          

Keçidlər