Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “Zəfər Günü”nün 2-ci il dönümü münasibətilə tədbir keçirildi.

02 noyabr 2022 | 16:08

    02 noyabr 2022-ci il tarixdə Saatlı rayon Mədəniyyət Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin təşkilatçılığı ilə “Zəfər Günü”nün 2-ci il dönümü münasibətilə tədbir keçirildi.

    Tədbirdə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin rəisi, polkovnik leytenant Rövşən Məmmədov, Vətən müharibəsi qazisi Elvin Abasov, şəhid atası Qabil Nəciyev, şəhid anası Leyla Məhərrəmova və digər Vətən müharibəsi iştirakçıları çıxış edərək Zəfər tariximizin yazılmasında dövlət-xalq-ordu birliyindən söz açaraq, cənab ali baş komandanın uzaqgörən siyasəti nəticəsində verdiyi tapşırıq və göstərişləri uğurla yerinə yetirən ordumuzun və hər zaman ordumuza dəstək olan, arxa cəbhədə  əsgərlərimizlə birlikdə çiyin-çiyinə vuruşan xalqımızın mübarizə əzmindən danışıldı, bu qələbənin birliyimizin rəmzi olduğu qeyd olundu.

      Tədbirin sonunda Vətən müharibəsi iştirakçıları medallarla təltif olundular.

Keçidlər