Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunun Nabatkənd kəndində səyyar qəbul keçirilib

26 aprel 2022 | 10:04

26 aprel 2022- ci ildə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov rayonun Nabatkənd kənd sakinləri ilə səyyar görüş keçirmişdir.
Görüşü Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov açaraq bildirib ki, əhali ilə keçirilən görüşlərdə əsas məqsəd kəndlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etməkdir. İcra başçısı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən verilən sərəncamların əhəmiyyətindən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından, həmçinin aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı pambıqçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi ilə bağlı qarşıda duran digər vəzifələrdən danışmış, kənd sakinlərinin sosial problemləri və müraciətləri ilə bağlı müvafiq qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.
Sonda vətəndaşlar, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. 

Keçidlər