Saatlı şəhər 2 saylı tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Mənim hüquqlarım” adlı tədbir keçirildi
28 oktyabr 2024-cü il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin və Saatlı UADM-in birgə əməkdaşlığı ilə Saatlı şəhər 2 saylı tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Mənim hüquqlarım” adlı tədbir keçirilmişdir. Tədbir məktəblilərin iştirakı ilə təşkil olunmuşdur.
Saatlı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvü Aqşin Məmmədov, komissiyanın psixoloqu Orxan Səməndərli, Saatlı UADM-in əməkdaşı Türkan Həsənova, Saatlı rayonu üzrə təhsil sektorunun əməkdaşı Urşan Nuruşov və Saatlı “Gənclər evi” soisal xidmət müəssisəsinin əməkdaşı Xanımbikə İsmayılova uşaq hüquqları ilə bağlı qanunvericiliyin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun, “Uşaq hüquqları haqqında” Konvensiyanın və digər normativ hüquqi aktların mahiyyətini uşaqlara izah etmiş, həmçinin onların fikir və söz azadlıqları olduğunu, istər ailədə, istər cəmiyyətdə hüquqlarının pozulacağı təqdirdə uşaq hüquqlarının qorunmasını həyata keçirən qurumlara müraciət edə biləcəkləri qeyd edilmişdir.