Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlıda “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunanların medallarının təqdim olunması

03 aprel 2024 | 15:05

03 aprel 2024-cü il tarixdə Saatlı Rayon İcra Hakimiyyəti başçısı Elmir Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə Saatlı rayonu üzrə təltif edilən şəxsləri  qəbul etmişdir. Rayon İcra Hakimiyyəti başçısı bu münasibətlə təltif olunan şəxsləri təbrik etmiş, onların rayonun sosial-iqtisadi inkişafında, ictimai-siyasi sahəsində göstərdikləri səmərəli fəaliyyətlərini, Ulu Öndər Heydər Əliyev irsini, ideologiyanı uğurla təbliğ etmələrini xüsusi vurğuladı. Ələddin Şüküroğlu adına Saatlı Rayon Varxan kənd tam orta məktəbinin direktoru Lətif Şimşəkov, “AQRO-AZ” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru Hüseynov Vahid Mirzəxan oğlu və “Bakı” kəndli fermer təsərrüfatının rəhbəri Babayeva Xanım Xanhüseyn qızı təltif olunmaları ilə bağlı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər